Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.
Ednews xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Şöyüdlər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı minik maşını həmin yolda hərəkətdə olarkən yol kənarında dayanmış qoşqulu traktora çırpılıb.
Nəticədə minik maşınında olan iki nəfər, Kürdəmir rayon Sovla kənd sakinləri 1960-cı il təvəllüdlü Əzizov Vidadi Əziz oğlu və onun həyat yoldaşı 1963-cü il təvəllüdlü Əzizova Aygün Əliheydər qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Fakt araşdırılır.