“Uşaqlar torpağın canlı çiçəkləridir” Bəs cəmiyyət bu çiçəkləri necə qoruyur? - SORĞU

Cəmiyyət 13:10 01.06.2023

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

Bu gün münasibətilə Ednews cəmiyyətdə uşaqlarla çalışan müxtəlif kateqoriya peşə sahibləri arasında sorğu keçirib.

Həmin sorğunu təqdim edirik:

Reyhan Yusifqızı - uşaq yazıçısı

“Təəssüf ki, gələcəyimiz olan uşaqlar üçün indiyə kimi mükəmməl dünya qura bilməmişik. Burada ədalətsizlik də var, bərabərsizlik də... Müharibələr, zəlzələlər... Çox istərdim ki, uşaqlarımız üçün daha gözəl dünya yaradaq. Onların heç bir qayğısı, çətinliyi, kədəri olmasın, yaşıdlarından fərqli böyüdüldüklərini düşünüb məyus olmasınlar. Uşaqlarımıza gülüş, xoşbəxtlik yaraşır. Bütün uşaqların bayramını təbrik edirəm”.

Nuriyyə Quliyeva – klinik psixoloq

“Məncə dünyanın ən məsuliyyətli, eyni zamanda da maraqlı və zövqlü işlərindən biri uşaqlarla çalışmaqdır. Əlbəttə ki, bunun bizim üçün də üstünlükləri var. Uşaqlarla işləmək insanı daha gümrah saxlayır, ruhunu oxşayır, sanki gənc qalmağımıza vəsilə olur. Bunları edən məhz uşaqlardır. Artıq 17 ildir, böyüklərlə yanaşı, uşaqlar və yeniyetmələrlə də işləyirəm. Düşünürəm ki, hər insan uşaqlarla çalışa bilməz, bu, səbr, məsuliyyət tələb edir, onların yaşına, dünyasına enməyi bacarmaq lazımdır. Bütün dünya uşaqlarına sağlamlıq, firavan, sevgi dolu həyat arzu edirəm. Onlara daha sakit və sülhün bərqərar olduğu dünya bəxş etmək istərdik. Bir psixoloq olaraq, şəxsiyyət kimi inkişaf etməyi və özlərini həyatda tapmalarını arzulayıram. Arzu edirəm ki, uşaqlarımız fikirlərini rahatlıqla ifadə etməyi bacarsınlar, hüquqları ilə tanış olub özlərini müdafiə edə bilsinlər”.

Leyla Qarazadə – Lənkəran, Jidi kəndi, ibtidai sinif müəlliməsi

“Bu gün münasibətilə bütün uşaqları və qəlbi uşaq olanları təbrik edirəm. Uşaq qəlbinin gözəlliyi, saflığı, təmizliyini çox şeylə müqayisə edə bilərəm və inanıram ki, hər birində bu məsumiyyət qalib gələcək. Dünyanı uşaq səsi, gülüşü, baxışı olmadan təsəvvür etmək mümkün deyil. Uşaqlar dünyamızı rəngləyən boyalardır, uçan zaman qanadları ilə ətrafımızı gözəlləşdirən kəpənəklərdir. O qanadların gözəlliyini görmək, o kəpənəyə istiqamət vermək isə bizim borcumuzdur. Kəpənək ömrünün həyatımızı bəzədiyinə inananlardanam. O ömür ki, bir gülüşündə, bir baxışında neçə möcüzə gizlidir... Arzu edirəm ki, gələcək dünyamız o baxış və gülüşlərlə bol olsun, hansı ki, təşəkkür ifadə edir... Diləyirəm ki, uşaqların həyatında rolumuz onlara yalnız xoşbəxtlik bəxş etməkdən ibarət olsun. Maksim Qorkidən sitat gətirmək istərdim – “uşaqlar torpağın canlı çiçəkləridir”. Hər zaman o çiçəkləri təravətli saxlamağı, qoxusunun ucsuz-bucaqsız olmağını diləyirəm”.

Şəfa Xeyrulla qızı – Azərbaycan Radiosu, Uşaq və Gənclik redaksiyası, redaktor

“Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı onları təbrik edirəm. Hər bir balamıza dünyanın ən şirin neməti olan can sağlığı, xoşbəxt gələcək arzulayıram. Demək olar ki, hər zaman uşaqlarla təmasda olmuşam. Sevindirici haldır ki, ölkəmizin inkişafı uşaqlarımızın təlim-tərbiyəsinə də öz müsbət təsirini göstərir. Ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərənlərin sayı ilbəil artmaqdadır. Uşaqlar gələcək hədəflərinə çatmaq istəyirlərsə, qarşılarına məqsəd qoymalı və bu yolda inam və iradə ilə addımlamalıdırlar. Onlara demək istəyirəm ki, vaxtlarını düzgün dəyərləndirsinlər. Belə olan halda əminəm ki, bütün arzularına çatacaqlar. Əziz balalar, gələcəyiniz parlaq olsun!”  

Ruslan Vəliyev – hüquqşünas

“Uşaqlarımız üçün hüquqi cəmiyyət qurmaq istəyiriksə, qanunlara riayət etməliyik. Uşaq hüquqlarının müdafiəsi üçün gözəl qanunlarımız var. 1998-ci ildə “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Bundan başqa, BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmuşuq. Bu qanunlarda bir çox məqamı işıqlandıran müddəalar öz əksini tapıb. Həmin Konvensiyanın 5-ci maddəsində yazılıb ki, hər bir dövlət orqanı və hər kəs uşaq hüquqlarını üstün saymalıdır. Atılan hər bir addımda, görülən hər işdə öncə uşaqların mənafeyi düşünülməlidir. Əgər uşaq hüquqları ilə digər hüquqlar, həmçinin valideynlərin hüquqları ziddiyyət təşkil edirsə, uşaq hüquqları yenə də üstün tutulmalıdır. Valideynlərin, başqalarının hüquqları ikinci plana salına bilər, amma uşaqlarla bağlı məsələlərdə bu, yolverilməzdir. Hər kəs bu normalara riayət etsə, uşaqlar üçün gözəl gələcək, sağlam mühit qura bilərik”.

Sevda Novruzova – pediatr-endokrinoloq

“Uşaqlarımıza ilk növbədə önəmli olan can sağlığı, sağlam həyat arzu edirəm. Uşağın normal inkişafı üçün sağlamlıq ən vacib faktordur. Bütün uşaqların gözəl təhsil almasını arzulayıram. Hazırda elm və iqtisadiyyat inkişaf edib, istərdim ki, uşaqlarımızın gələcəyin alimi, savadlı mütəxəssisi kimi dünyanın dörd bir yanından səsini eşidək”.

Sultan Abbasbəyli – animator

“Ölkəmizdə uşaqlar üçün çoxlu cizgi filmləri çəkilməlidir, öz dilimizdə milli-mənəvi dəyərlərimizi əks etdirən animasiyaların sayı artmalıdır. Yox səviyyəsində olmasa da, üstünlük serial layihələrinə verilməlidir. Yaxşı olardı ki, uşaqlarımız üçün yerli cizgi filmləri çəkilərdi, onlar da qarşıdakı üç ay boyunca yay tətillərini bu cizgi filmlərinə baxaraq səmərəli keçirərdilər. Onu da anons verim ki, hazırda yeni layihə üzərində işləyirik, maraqlı bir animasiya serialı çəkməyə başlamışıq, ölkə üçün bu sahədə gözəl bir ilk olacaq. Məktəbəqədər uşaqlar  və ibtidai sinif şagirdləri üçün həm maarifləndirici, həm də əyləncəli bir cizgi filmi serialı ərsəyə gətirəcəyik. Düşünürəm ki, insanın dünya görüşü və düşüncə tərzinin formalaşması üçün uşaqlıq dövründən etibarən kitablar qədər cizgi filmləri də rol oyanayır”.

 

Törə Zeynallı

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
ABŞ-nin daha bir döyüş təyyarəsi Qırmızı dənizə düşüb
12:32 07.05.2025
İslamabad: Hindistan Pakistanın su ehtiyatlarını hədəf alıb
12:27 07.05.2025
Sabah Bakıda hava yağmursuz olacaq
12:20 07.05.2025
Türkiyənin aparıcı universitetlərindən birinin tələbələri dahi Nizami Gəncəvinin irsi haqqında məlumatlandırılıb
12:18 07.05.2025
“Qoruqlar və muzeylər– keçmişdən gələcəyə körpü” mövzusunda III Quba Simpoziumu keçiriləcək
12:15 07.05.2025
Hamısı