DİM sosial şəbəkə istifadəçilərinə MÜRACİƏT ETDİ

Cəmiyyət 11:00 02.06.2023
Dövlət İmtahan Mərkəzi (DİM) sosial şəbəkə istifadəçilərinə müraciət edib.
 
Bu barədə Ednews-a Mərkəzdən məlumat verilib. 
 
Bildirilib ki, son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, qəbul imtahanlarına qeydiyyat zamanı, xüsusilə ali təhsil müəssisələrinə ixtisas seçimi yaxınlaşdıqca yenə də “Facebook”, “Instagram”, “TikTok” və digər sosial şəbəkələrdə DİM-in icazəsi olmadan Mərkəzin adından və loqotipindən (emblemindən) istifadə olunmaqla saxta səhifə və qruplar yaradılır. 
 
Bu kimi səhifə və qruplar “profil” şəkli və “örtük” fotoları üçün Mərkəzin loqotipindən (emblemindən) istifadə etməklə istifadəçiləri aldadır, öz fəaliyyətlərinə rəsmi xarakter verməyə çalışır, səhifəni idarə edən şəxslər isə bəzi hallarda özlərini DİM əməkdaşları kimi təqdim edirlər və abituriyentlərə ödəniş müqabilində qeydiyyat, ixtisas seçimi həyata keçirə biləcəklərini yazırlar. 
 
İstifadəçilərin ünvanladığı suallara həmin şəxslərin verdikləri cavablara, həmçinin sonradan abituriyentlərin Mərkəzə etdikləri müraciətlərə diqqət yetirdikdə onların abituriyentləri səhv istiqamətə yönəltdikləri, yanlış cavablar verdikləri məlum olur. 
 
Abituriyentlər hər hansı bir imtahana qeydiyyat, eləcə də gələcəkdə ixtisas seçimi zamanı diqqətli olmalı, Mərkəzin adından istifadə edən bu tip şəxslərin aldadıcı çağırışlarına əhəmiyyət verməməli və ən əsası özləri bu prosesi həyata keçirməlidirlər.
 
Bu prosesin istənilən bir mərhələsində çətinlik çəkən abituriyentlər isə Dövlət İmtahan Mərkəzi tərəfindən yaradılan və ödənişsiz xidmət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər.
 
Məsləhət Mərkəzləri qəbul kampaniyası müddətində DİM-in regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Bakı Avrasiya, Azərbaycan Memarlıq və İnşaat Universitetlərində fəaliyyət göstərirlər. 
 
Abituriyentlər həmçinin elektron xidmətlərdən istifadə zamanı bəzən hər hansı texniki səhvə yol verəcəklərindən ehtiyatlanırlar. Lakin proqram təminatı elə qurulub ki, abituriyentin səhv etmək imkanı yoxdur və hər hansı bir yanlışlıq varsa, sistem tərəfindən səhvin mahiyyəti barədə xəbərdarlıq edilir və yalnız həmin səhv düzəldildikdən sonra əməliyyatı təsdiq etmək mümkün olur. 
 
Bir daha sosial şəbəkə istifadəçilərinə diqqətli olmağı və Dövlət İmtahan Mərkəzinin adından yaradılmış oxşar səhifə və qruplara üzv olmamağı, yalnız Mərkəzin saytını və aşağıdakı səhifələrini izləməyi tövsiyə edirik: 
 
“Facebook” 
 
“Instagram” 
 
“Telegram” 
 
“TikTok” 
 
“Youtube” 
 
“Twitter” 
 
“Linkedin” 
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı