"İngilis dili üzrə açıq sualların cavablandırılmasında müsbət dinamika var" DİM

Cəmiyyət 17:20 02.06.2023
Son illər ərzində abituriyentlərin ingilis dili üzrə cavabı yazı ilə ifadə olunan açıq sualların cavablandırılması üzrə faiz göstəricilərində müsbət dinamika müşahidə olunur. 
 
Ednews  xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin əməkdaşı Könül Hacıyeva bildirib.
 
Onun sözlərinə görə, 2022-ci ilin birinci istiqaməti üzrə 5 və 6 mart tarixlərində A variantı üzrə imtahan vermiş abituriyentlərin cavabı yazı ilə ifadə olunan açıq sualların cavablandırılması üzrə faiz göstəriciləri müvafiq olaraq 13.4% və 11.4% olduğu halda, 2023-cü il buraxılış imtahanlarının birinci istiqaməti üzrə 5 mart tarixində imtahan vermiş abituriyentlərin göstəriciləri 19.43% olub. 
 
Anoloji olaraq, 2022-ci ilin ikinci istiqaməti üzrə 12 və 13 mart tarixlərində A variantı üzrə imtahan vermiş abituriyentlərin cavabı yazı ilə ifadə olunan açıq sualların cavablandırılması üzrə faiz göstəriciləri müvafiq olaraq 16.34% və 15.11% olduğu halda, 2023-cü il buraxılış imtahanlarının ikinci istiqaməti üzrə 12 mart tarixində imtahan vermiş abituriyentlərin göstəriciləri 22% olub.
 
Qeyd olunan artım hər iki il üçün digər variantlarda da müşahidə olunur: 
 
“Yuxarıda qeyd olunanlarla yanaşı, ümumilikdə son üç ilin statistikasına nəzər salsaq görərik ki, 2021-ci ildə (n=82434) tam (11 illik) orta təhsil üzrə buraxılış imtahanlarında iştirak edən məzunların xarici dillər üzrə orta balı 40.37, 2022-ci ildə (n=89745) 36.59, 2023-cü ildə isə (n=100590) 39.29 olub. Ümumi mənzərədə 2021-ci illə müqayisədə 2022-ci ildə şagirdlərin orta bal göstəricilərində nisbətən azalma, 2023-cü ildə isə 2022-ci ilə nisbətən artım müşahidə olunmuşdur. Qeyd olunan dinamika bu illər ərzində yazılı şəkildə cavablandırılması tələb olunan açıq sualların sayının artması ilə əlaqədardır. Belə ki, 2021-ci ildə bu tip tapşırıqların sayı 4, 2022 və 2023-cü illərdə isə 7 olub. 
 
Qeyd olunan illər üzrə 0-100 bal intervalı üzrə nəticələrə nəzər salsaq görərik ki, 2021 və 2022-ci ildə ali təhsil müəssisələrinə imtahan vermiş abituriyentlərin buraxılış imtahanlarında xarici dil üzrə nisbi bal göstəricilərinə əsasən onu qeyd etmək olar ki, nisbi balı 50-dən yuxarı olan abituriyentlərin sayı 2021-ci ildə 27230, 2022-ci ildə isə 26086-dır.
 
2023-cü ildə abituriyentlərin buraxılış imtahanlarında xarici dil üzrə nisbi bal göstəricilərinə əsasən isə onu qeyd etmək olar ki, nisbi balı 50-dən yuxarı olan abituriyentlərin sayı 33617-dir və bu da ümumi abituriyent sayının (n=100590) 33.42%-ni təşkil edir. Diqqət yetirsək, qeyd olunan illərdə xarici dil üzrə nisbi balı 50-dən yuxarı olan abituriyentlərin sayında artım olduğunu müşahidə etmək olar. 
 
Tam (11 illik) orta təhsil səviyyəsində xarici dillər üzrə yoxlama-ölçmə materiallarının CEFR-ın müvafiq B1 səviyyəsinə uyğunluğunu və testologiyanın qaydalarını nəzərə alaraq, qeyd etmək olar ki, 2023-cü il üzrə imtahanda iştirak edən ümumi şagird kontingentinin 33.42%-i CEFR-ın B1 səviyyəsinə uyğun dil bacarığı nümayiş etdirir.
 
Eyni zamanda, nəzərə almaq lazımdır ki, bu abituriyentlərin xarici dil biliyi danışıq bacarığı istisna olmaqla digər bacarıqlar ­ dinləmə, oxu, yazı və dil qaydaları üzrə qiymətləndirilir. 
 
Nəticələrə əsasən onu da qeyd etmək olar ki, ümumi və tam orta təhsil səviyyəsində yeni təhsil proqramları üzrə təhsil alanların xarici dillər üzrə biliyinin yekun qiymətləndirilməsində xarici dil blokunun CEFR-ın müvafiq səviyyələrinə uyğunlaşdırılması (orta (9 illik) təhsil səviyyəsində A2, tam (11 illik) orta təhsil səviyyəsində isə B1) müsbət hal kimi qiymətləndirilə bilər. 
 
Yuxarıda qeyd olunanlarla yanaşı, Mərkəzin təhsilin yuxarı pillələri üzrə yoxlama-ölçmə materiallarının hazırlanmasındakı təcrübəsinə istinad edərək, tədricən şagirdlərin bilik və bacarıqlarının standart imtahan modelinə əsasən 4 bacarıq üzrə qiymətləndirilməsini təşkil etməyi də məqsədəuyğun hesab etmək olar”.
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı