Baş nazirdən dövlət qulluğuna qəbulla bağlı yeni QƏRAR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş “İnzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən şəxslərə müsabiqənin yalnız müsahibə mərhələsində və ya ümumi müsahibədə iştirak etmək hüququ verən dövlət orqanlarında (qurumlarında) vəzifələrin Siyahısı”nda dəyişiklik edilib.  
 
Ednews  xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. 
 
Qərar əsasən, idman sahəsində seleksiya üzrə baş mütəxəssis vəzifəsi “İnzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən şəxslərə müsabiqənin yalnız müsahibə mərhələsində və ya ümumi müsahibədə iştirak etmək hüququ verən dövlət orqanlarında (qurumlarında) vəzifələrin Siyahısı”na əlavə edilib. 
Xalqın sevimlisi Qənirə Paşayevanın HƏYAT YOLU