Keçmiş məhkumdan tapança götürüldü

Samux rayon Polis Şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında  əməliyyat keçiriblər. Belə ki, qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda və gəzdirməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Orxan Abdullayev saxlanılaraq Polis Şöbəsinə gətirilib.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Ednews-a verilən məlumata görə,  onun üzərinə baxış keçirilən zaman 1 ədəd, atəşə yararlı, “Wolter P-38” markalı tapança, həmin silaha aid 2 ədəd patron aşkar edilərək götürülüb. 
 
Faktla bağlı araşdırmalar davam etdirilir.
İlham Əliyev xalqa müraciət edir - Canlı