Azərbaycanda bir ilk – Qadın minaaxtaranlar layihəsinə start verildi.
Ednews xəbər verir ki, bu barədə hazırlıqlar davam etdirilir.
Avropa İttifaqı (Aİ) və ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) ANAMA, Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Minalar üzrə Məsləhət Qrupu (MAG) ilə birgə tərəfdaşlıqla həyata keçirdiyi “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) imkanlarını artırmaqla məcburi köçkünlərin təhlükəsiz qayıdışına dəstək” layihəsinin açılış mərasiminin hazırlıqları keçirilir.