İyulun 10-da Bakıda və Abşeron yarımadasında hava şəraiti yenidən dəyişəcək.
Ednews xəbər verir ki, iyulun 10-u səhər saatlarından etibarən güclü külək müşahidə olunacaq.
Külək gündüz də davam edəcək və gecə saatlarından etibarən səngiməyə başlayacaq. Həmin gün havanın temperaturunun 26 dərəcəyədək düşəcəyi də proqnozlaşdırılır.