"Təkanlar 20 saniyə çəkdiyi üçün qorxulu anlar və hər hansı dağıntılar baş verməyib".
Ednews xəbər verir ki, bunu AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Xəzər dənizində baş vermiş zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O, qeyd edib ki, Azərbaycan zəlzələ bölgəsində yerləşir:
“Qafqaz və Orta ta Asiya ölkələri seysmoaktiv zonada yerləşdiyi üçün burada təkanların baş verməsi normaldır. Əhali ayıq olsun və yalnız rəsmi məlumatlara etibar etsin. İşinizdə-gücünüzdə olun, rahat yatın və qalxın" .
Aynurə İsmayıl