Ednews xəbər verir ki, Minalar üzrə Məsləhət Qrupunun (MAG) Azərbaycandakı Proqram departamentinin rəhbəri Ceanette Dijkastranın səlahiyyət müddəti başa çatıb.
Belə ki, Ceanette Dijkastranı Coanne La Terriere əvəz edib. Coanne La Terriere Tərtər Regional Peşə Təlim Mərkəzini ziyarət edib, qadın minaaxtaranların təlim gedişatı ilə tanış olub. O, minaaxtaran qadınların iş və qayğıları ilə yaxından maraqlanıb.
Tanışlıq zamanı MAG-ın əməkdaşlarını Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev müşaiyət edib. Təşkilatın rəhbəri Umud Mirzəyev və MAG-ın əməkdaşları arasında fikir mübadiləsi də aparılıb.
Ülviyyə Şahin