Xəbər verdiyimiz kimi, “Əl-Cəzirə Araşdırmalar Mərkəzi"nin direktoru Məhəmməd Əl-Muxtar Əl Xəlil və “Əl-Cəzirə Media Şəbəkəsi"nin İctimai Azadlıqlar va İnsan Hüquqları Mərkəzinin direktoru Sami Əl Hacc Beynəlxalq Avrasiya Mətbuat Fondunun baş ofisini ziyarət ediblər.
Ednews xəbər verir ki, dünyanın aparıcı, qlobal media qurumlarında “Əl-Cəzirə Media Şəbəkəsi”nin nümayəndələrini BAMF prezidenti Umud Mirzəyev qarşılayıb. O, qonaqlara təşkilatın missiyasından, gördüyü layihələr barəsində məlumat verib.
Həmçinin BAMF-ın “Əl-Cəzirə” ilə əməkdaşlığı barəsində də müzakirələr aparılıb.
Qonaqlar Şəhidlər Xiyabanında, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər.
“Əl-Cəzirə Media Şəbəkəsi”nin nümayəndələrini BAMF prezidenti Umud Mirzəyev müşayiət edib.
Oğuz