Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin sabiq şöbə rəisi, təqaüdə olan polis polkovniki Vaqif Əsədov Bizim.Media vasitəsilə 22 iyul Milli Mətbuat Günü ilə bağlı media nümayəndələri təbrik edib.
Ednews xəbər verir ki, o, ünvanladığı təbrikdə bütün mətbuat nümayəndələrinə peşə bayramı münasibətilə ürək sözlərini çatdırıb.
"Başda Bizim.Media kollektivi və dəyərli qələm əhli uzun illər yol polisinin təbliğat işində sizinlə birlikdə addımladıq. Vaqif Əsədov olaraq hər birinizə qələminizin iti olmasını arzulayıram. Qoy həyatınızda xoş günlər, peşə fəaliyyətinizdə isə uğur nəsibiniz olsun. Hər zaman yanınızdayam və dəstək göstərməyə hazıram. Sizin Vaqif Əsədov ".