Bir neçə gün öncə Kəlbəcərdə hərbi hissəyə məxsus avtomobilin aşması nəticəsində həlak olan baş əsgər Emin Əliyevə şəhid statusu verilib.
Bu barədə Ednews-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov məlumat verib.
O bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın tələblərinə uyğun olaraq, Xidmətin Şəmkir rayon şöbəsi tərəfindən Əliyev Emin Eldəniz oğluna “şəhid” adı, ailəsinə “şəhid ailəsi” statusu haqqında müvafiq arayış verilib.