Sülhməramlıların müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərindən Qarabağa silah daşınır.
Ednews xəbər verir ki, Rusiya sülhməramlıları qeyri-qanuni erməni silahlı birləşmələrinin hərbi daşımalarının mühafizəsini təşkil etməyə davam edir.
Yayılan yeni videoda sülhməramlıların zirehli texnikasının müşayiəti ilə növbəti dəfə qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərinə hərbi daşımaları həyata keçirilməsi aydın görünür.
Qeyd edək ki, bundan əvvəl də dəfəlrlə belə hadisələrin görüntüləri yayılıb.