Naxçıvanda keçiriləcək “Aqro festival” istilər səbəbindən təxirə salınıb.
Ednews “nuhcixan.az”a istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində isti hava şəraitinin davam etməsi səbəbindən Naxçıvanda keçiriləcək “Aqro festival” təxirə salınıb.
Bildirilib ki, məqsəd həm festival iştirakçılarının rahatlığını təmin etmək, həm də sərgilənəcək məhsulların keyfiyyətini qorumaqdır.
Vurğulanıb ki, festival 8-9 sentyabr tarixlərində baş tutacaq.