Xəbər verdiyimiz kimi, Azərbaycanda ilk qadın minatəmizləmə qruplarının yaradılmasına başlanılıb.
Ednews xəbər verir ki, iyunun 16-dan başlanan ilk qrupların formalaşdırılması üçün təlimlər davam etdirilir.
Qeyd edək ki, “Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) imkanlarını artırmaqla məcburi köçkünlərin təhlükəsiz qayıdışına dəstək” layihəsi çərçivəsində reallaşdırılıb.
İyunun 16-dan yaradılan ilk qrupların formalaşdırılması ilə bağlı təlimlər davam etdirilir. Təlimlər Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Tərtər Regional Peşə Təlim Mərkəzində keçirilir. Təlimlərdə elan edilmiş müsabiqə əsasında ölkənin müxtəlif bölgələrindən seçilmiş 40 nəfər qadın iştirak edir.
6 həftə davam edəcək təlimləri uğurla başa vuran qadınlar ANAMA tərəfindən akkreditasiya ediləcək və sahə əməliyyatlarına başlamaq üçün Beynəlxalq Minatəmizləmə Standartlarına uyğun sertifikatla təltif olunacaqlar.
Artıq təlimlərin sentyabr ayından yekunlaşdırılacağı bildirilib.
Xatırladaq ki, Avropa İttifaqının maliyyələşdirdiyi layihə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) ANAMA, Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Minalar üzrə Məsləhət Qrupunun tərəfdaşlığı ilə həyata keçirilir.