Beynəxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev REAL TV-nin “Real İntervyu” verlişinin qonağı olub.
Ednews xəbər verir ki, U.Mirzəyev Özbəkitsan Azərbaycan münasibətlərindən, Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəblə bağlı fikirlərini səsləndirib:
“Cənab prezidentimiz çıxışında məktəbi təhsil sarayı adlandırdı. Sözün həqiq mənasında təhsil ocağı, məbədgahdır. Həm miqyasına görə, həm də 960 şagird eyni zamanda qəbul edə biləcək bir məktəbdir. Səmimi olaraq deyirəm ki, Füzulidə heç vaxt belə bir məktəb olmayıb. Bizim regionlarda da bu səviyyədə məktəblər demək olar çox azdı. İnanıram ki, Qarabağda bu səpikdə məktəblərin tikintisi davam edəcək. Özbəkistan qardaşlıq nümunəsidir. Bir kökdən, gendən olmağın tam mənada ifadəsidir”.
Ətraflı video süjetdən izləyə bilərsiniz: