Avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün göndərilən və içərisində 40 ton un məmulatı olan iki yük avtomobili doqquz gündür Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir.
Ednews xəbər verir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları, könüllülər ərazidə qurulan çadırlarda gecələyirlər.
Onlar ərzaq yükünü Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli sakinlərə çatdırmaq üçün israrlıdırlar.
Xatırladaq ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər.
Hazırda yükün erməni əsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.