İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, indiyədək Kəlbəcər rayonunda 40 tikinti obyekti üzrə 400 hektar torpaq sahəsinin müvafiq sifarişçi qurumlara ayrılması təmin edilib.
Ednews xəbər verir ki, bunu Şəhərsalma məsələləri üzrə işçi qrupunun Kəlbəcərdə keçirilən iclasında çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov deyib.
"Bərpa olunan yaşayış məntəqələrinin küçə-yol şəbəkəsinin qurulması istiqamətində Kəlbəcər şəhərində ümumi uzunluğu 27,08 kilometr olan yol-küçə şəbəkəsinin 18,87 kilometrlik hissəsi üzrə layihələndirilmə işləri davam edir və qısa müddətdə ekspertizaya təqdim ediləcək,” - deyə komitə sədrinin müavini bildirib.