Umud Mirzəyev: “Erməni vandalları bu ərazilərin hər qarışını minalayıb” - ŞƏRH

Cəmiyyət 11:38 11.09.2023

Xəbər verdiyimiz kimi, sentyabrın 10-u Azərbaycan Ordusunun hərbi qulluqçusu Eminov Xəyyam Mahal oğlu Ağdam rayonu ərazisində bölmələrimizin təminat yolunda qeyri-qanuni erməni silahlı dəstələrinin kəşfiyyat-diversiya qrupu tərəfindən təxribat məqsədilə basdırılmış piyada əleyhinə minaya düşərək xəsarət alıb. 

Son dövrlərdə Qarabağ iqtisadi rayonundakı Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin ərazilərimizə kütləvi şəkildə yeni minalar döşəməsi, bununla da Azərbaycana qarşı mina terroru siyasətini davam etdirməsi müşahidə edilməkdədir.

Bu barədə Ednews-a Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, ANAMA yanında İctimai Şuranın sədri Umud Mirzəyev bildirdi ki, erməni vandalları bu ərazilərin hər qarışını minalayıb, piyada əleyhinə minalar, kassetli minalar döşənib. Elə olur ki, 1 kvadrat metr ərazidən 10-15 mina təmizlənir. Erməni terroruna son qoyulmalıdır:

“Ölkəmizdə bu sahədə maarifləndirici işlər də görülür. Beynəlxalq təşkilatlar tərəfindən bir sıra proqramlar həyata keçirir. ANAMA bu istiqamətdə xüsusi işlər aparır, eyni zamanda xüsusi diqqət ayırır. Bu istiqamətdə BMT-nin Qaçqılanlar Üzrə Ali Komissarlığı, BMT-nin Uşaq Fondu, İnkişaf Prqoramı bir sıra layihələrə həm dəstək göstərir, həm də icra edirlər. Bununla yanaşı hadisələr də baş verir. Ən əsas və ən birinci səbəbi, Azərbaycan ərazilərinin kütləvi şəkildə çirkləndirilməsidir. Ona görə də Azərbaycan üçün bu ağrılı problemə beynəlxalq təşkilatları, qurumları məsələyə ciddi diqqət ayırmasıdır. 

Mən burada dünyanın supergüc dövlətlərinə səslənirəm ki, bu terrora son qoyulmalıdır. Qarabağda məskunlaşan bir qrup terrora dəstək dayandırılmalıdır. Qarabağın sərvətlərini talayan, uzun illər torpaqlarımızdan narkotik ticarəti üçün istifadə etmiş terrorçu qüvvələr həmin bu problemləri yaradıblar. Mən dünyanın aparıcı təşkilatlarına səslənirəm ki, Azərbaycana dəstək olsunlar. BAMF 20 ildən artıqdır ki, ANAMA ilə tərəfdaşlıq edərək “Mina təhlükəsi ilə mübarizə proqramı”nda fəaliyyət göstərir. Biz hər gün əməkdaşlarımızla söhbətlər apararaq təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl etmələrini tapşırırıq”. 

U.Mirzəyevin sözlərinə görə, hər birimiz 44 günlük müharibədə olduğu kimi bir olmalıyıq və hər kəsi mina təhlükəsindən qorunmağa səsləməliyik:

“Qarabağda ərazilərin geniş miqyasda minalanması əslində region üçün böyük fəlakət, ciddi ekoloji problem sayılır. Qarabağ və onun ətrafında olan bölgələrdə genişmiqyaslı dağıntıların aparılması ilə bərabər nizamsız şəkildə minaların basdırılması hazırda Azərbaycan üçün böyük çətinliklər yaradır. Minalı ərazilərin xəritələrinin üzdə olmaması Bakı üçün regionda infrastruktur layihələrinin həyata keçirilməsindən tutmuş, məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtmalarına qədər görməli olduğu vacib tədbirlərdə ciddi əngəllər yaradır. Amma bu, o demək deyil ki, Azərbaycan xalqı öz yurdlarında yaşamayacaq. Bu gün Qarabağa “Böyük qayıdış” həyata keçirilir və bu sürətlə baş verir”.

Qeyd edək ki, hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib. Onun həyatı üçün təhlükə yoxdur.

Oğuz

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı