Babək rayon icra başçısının müavini işdən azad olunub.
Ednews “nuhcixan.az”a istinadən xəbər verir ki, bununla bağlı Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov sərəncam imzalayıb.
Sərəncama əsasən, icra başçısının 1-ci müavini Əliyev Heydər Həsən oğlu işdən çıxarılıb.
Artıq bu vəzifəyə yeni təyinat da olub. Belə ki, icra başçısının digər sərəncamı ilə Məmmədxanlı Emin Nurəddin oğlu müavin vəzifəsinə təyin olunub.