İP marafonu: Başlıqlarla oxucu "aldadan"lar - SORĞU

Cəmiyyət 17:00 11.09.2023

Son zamanlar bir sıra saytlar xəbərlə əlaqəsi olmayan başlıqlarla oxucu aldadır, ancaq buna baxmayaraq da IP qazana bilir. 

Xəbər başlığı seçərkən nələrə diqqət edilməlidir? Niyə bəzi saytlar absurd, IP qazanmaq üçün başlıqlar qoyur? Bunun qarışını almaq üçün nə təkliflər irəli sürülə bilər?

Ednews bu barədə tanınmış jurnalistlər arasında sorğu keçirib. Cavabları təqdim edirik:

Globalinfo.az saytının rəhbəri, jurnalist Azər Ayxan:

ggg.jpg

"Yazılara yaxşı, uğurlu başlıq qoymaq onun oxunmasına ciddi təsir göstərir. Bu istənilən materialın təqdimatında xüsusi rola malikdir. Başlıq təxmini mağaza vitrini kimi bir şeydir. Bu vitrini necə səliqəli və uğurlu düzərsənsə onun müştəriləri, maraqlananı daha çox olar. Başlıq da aşağı-yuxarı eyni funksiyanı yerinə yetirir. Amma başlıq yaxşı olsun deyə jurnalistikanın prinsiplərini ayaqlar altına atmaq da doğru deyil. Təəssüf edirəm ki, Azərbaycan mətbuatında belə xoşagəlməz hallara rast gəlinir. Başlıqla oynayıb oxucu cəlb eləmək bəzi hallarda uğursuz olur və ciddi şəkildə qeyri-peşəkarlıqla müşahidə edilir. Mütləq şəkildə oxucunun mövqeyi nəzərə alınmalıdır. Onu incitmək, küsdürmək olmaz. Mətndəki mahiyyətlə başlıq arasında əlaqə mütləq olmalıdır. Bəzən olur ki, xarici ölkələrin birində baş verən hadisənin Azərbaycanda baş vermiş kimi təqdim edilir və onu başlıq kimi çıxarırlar. Tutaq ki, “Baş nazir öldürüldü”, yaxud “Daxili İşlər Naziri işdən çıxarıldı” kimi başlıqla təqdim edirlər. Bu da oxucunu küsdürür, qəzəbləndirir. Həmin media orqanı da oxucusunu itirir. İstər xəbər, istər müsahibə, istərsə də reportaj başlıqlarını seçərkən peşəkarlıq ön planda olmalıdır. Jurnalistin, yazıçının, şairin yazısının oxunması onun ən təbii istəyidir, amma prinsiplərə əməl olunmalıdır. Burada həm redaktorun, həm də müəllfin rolu var. Dediyim kimi, əsas məsələ peşəkarlıqdır”. 

Ednews saytının baş redaktoru Vüsalə Balayeva:

358787452_1436594247088937_6054886261982602289_n.jpg

“Bu gün mediamınız ən aktual problemlərindən biri də yalançı başlıqlı xəbərlərdir. Bəzən bu başlıqlar dezinformasiya xarakteri də daşıyır. Jurnalistika sahəsində yeni ayaq tutan adamlar IP dərdindən ağzına nə gəlir o başlıqla xəbər yayımlayır. Həm oxucunu, həm də cəmiyyəti səhv istiqamətə yönəldir. Belə olan halda da jurnalistika ləkələnir. Müasir dövrün oxucusunu aldatmaq çətindir. Ən azından sosial şəbəkələr bunun əyani sübutudur. Çünki, insanlar bəzən ilk xəbəri ordan da ala bilir. IP saytlar üçün əhəmiyyəli olsa da ifrat dərəcəyə çatanda çirkinləşir. Bu da bizim sahəyə birmənalı şəkildə ciddi tənqid gətirir. Bu barədə ciddi ölçü götürülsə daha yaxşı olar”. 

“Bakupress” İnformasiya Agentliyinin rəhbəri Şəfəq Ağacan:

13949b39-51ef-4a5f-a646-acd59caa9b16.jpg

“Günümüzün və mətbuatımızın bəlası xəbər başlıqlarıdır. Çünki düzgün xəbər başlıqları seçilmir. Oxunma sayı, IP qazanmaq üçün başlıqlar qoyulur. Bu da həm mətbuatı, həm də qələmi gözdən salır. Məsələn, müsahib bir söz deyir, jurnalist elə bir başlıq qoyur ki, heç dəxli olmur. Müsahiblə mətbuatın arasında uçurum yaradır. Küsürlər, inciyirlər, sabah düzgün müsahibə almaq istəyən jurnalistə  də heç müsahibə vermək istəmir. Ən çox mənə qıcıq verən xəbər başlıqları: “şok, şok, sensasion” yazılanlardır. Nəyin şokudur? Başa düşə bilmirəm. “Şok”lar meydana gələndən sonra cəmiyyəti kütləyə çevirdilər. Bunun qarşısını almaq üçün peşəkar jurnalistlər söz müharibəsinə başlamalıdırlar. Xüsusi senzurlara yaranmalıdır ki, bunlar aradan götürülsün. Çünki çox biabırçı vəziyyətə gəlib çıxmışıq. Şəxsən, özüm hər şeydən küsmüşəm. Normal, ağıllı bir yazını oxuyan yoxdur. Maksimum, 100 nəfər oxuyur. Amma “filankəsin ayağı çöldə qaldı”, “filankəs ərindən boşandı”, “intim fotoları yayıldı” kimi biabırçılıqlarla nə qazanırlar, bilmirəm. Buna qarşı çox güclü mübarizə aparılmalıdır. Azərbaycanda müasirliklə əxlaqı səhv salırıq. Biz elə bilirik ki, müstəqil, demokratik ölkənin mediasında ağzımıza nə gəlirsə yazmalıyıq. Təkcə mətbuatımız yox, tv-lərimiz də bu gündədir. Elə bu tendensiya televiziyalardan gəlib. Reytinq qazanmaq üçün insanların demək olar əlxaqını pozdular”. 

Teleqraf.com-un əməkdaşı yazar-jurnalisti Mənsur Rəğbətoğlu: 

d80_4195_copy.jpg

“Bir neçə saytı çıxmaq şərtilə qalanların sabit oxucu kütləsi yoxdur, sosial şəbəkələrdən asılılıq var. Yəni sən istehsal etdiyin xəbəri paylaşmasan, üstəgəl, paylaşarkən başlığı şişirtməsən, üzünə baxan olmayacaq. Özünəarxayınlıq yoxdur, oxucu qaçağandır. Bu səbəbdən bəzən məcbur qalıb oxucunu materiala cəlb etməkçün başlıqlara əl gəzdirməli olursan. Oxucu “tutmaq”, saytı əldə saxlamaq asan deyil. Oxucu həmişə olay, xəbər yükü olan material axtarır. Çox vaxt həmin yük, həmin olay materialın içində olur, amma başlıq “zəif” olanda oxucu görə bilmir. Bunu ona çatdırmağın ən asan yolu da başlıqdır, bir yolunu tapıb onu “tıklamağa” məcbur etməlisən. Artıq oxucular da öyrəşiblər, xəbərdən çox başlığı oxuyurlar, müzakirələr, mühakimələr də bunun əsasında qurulur. Yəni “tıklamadan”...”. 

Oğuz

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı