Naxçıvan şəhərinin Babək məhəlləsində magistral su xəttində qəza baş verib.
Ednews “nuhcixan.az”a istinadən xəbər verir ki, qəzaya səbəb qaynaq birləşmələrinin keyfiyyətsiz olmasıdır. Qəza nəticəsində Babək, 6-cı məhəllə, Hacıniyyət kəndləri ərazisində suyun verilişi dayandırılıb.
Naxçıvan Şəhər Su-Kanalizasiya İdarəsinin əməkdaşları hadisə yerinə gələrək təmir işlərinə başlayıblar. Haliyədə təmir işləri davam etdirilir və saat 16:00-dan sonra bu əraziyə suyun verilişi tam bərpa ediləcək.