Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər zamanı Zoğalbulaq kəndi ərazisindən 60 ədəd müxtəlif növ mərmi və 26 ədəd patron aşkar edilib.
Bu barədə Ednews-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, müxtəlif növ mərmi və patronlar aidiyyəti üzrə təhvil verilib.