Əməkdar artist Rəhman Rəhmanın oğlu dünyasını dəyişdi

Əməkdar artist Rəhman Rəhmanovun müğənni oğlu Emil Rəhmanov dünyasını dəyişib. 

Ednews xəbər verir ki, bu barədə jurnalist Turan Etibaroğlu feysbukda bildirib.

E. Rəhmanov bu gün səhər saatlarında 44 yaşında vəfat edib.

Qeyd edək ki, O,  2008-ci ildə soyğunçuluq etməkdə təqsirləndirilərək həbs olunub. Emil Rəhmanov 6 il azadlıqdan məhrum edilmişdi. E.Rəhmanov 2014-cü ildə ailə həyatı qurub.

Aynurə İsmayıl