Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

Ölkə ərazisində müşahidə olunun qeyri-sabit, yağıntılı hava şəraitinin sentyabrın 19-u gündüz saatlarınadək davam edəcəyi gözlənilir. 

Bu barədə Ednews-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib. 

Vurğulanıb ki, sentyabrın 20-21-də əksər rayonlarda hava şəraitinin yağmursuz keçəcəyi proqnozlaşdırılır. 

Qeyd edək ki, senytabrın 19-u saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan olub, Şahdağda qar yağıb.