Astarada bir neçə kəndi birləşdirən yol çökdü

Astarada selin törətdiyi fəsadlar artmaqdadır.

Ednews Report-a istinadən xəbər verir ki,  ötən gecə Astara rayonunun Pensər-Şamətük dağlıq yolunun Şağlazüzə kəndindən keçən hissəsi çöküb. Yolda nəqliyyatın hərəkəti dayanıb.

Şağlazüzə-Siyokəş kəndlərini birləşdirən yoldakı körpünü də sel suları dağıdıb.
Ərazidə təmir-bərpa işlərini aparmaq üçün əvvəlcə dünən dağılan Vaqo körpüsü bərpa olunmalıdır.

782e2388-dffe-3ac0-99d6-dbc7f79f1fe1.jpg

a482cdce-c42e-36de-b73e-ef19a6cdfeea.jpg

d280ff4d-fca0-3dd5-9968-44200cb3a54f_850.jpg

İlham Əliyev xalqa müraciət edir - Canlı