Xocavənddə mina terrorunda şəhid olan polis serjantı Ələsgər Əsgərov Naxçıvan şəhəri Əliabad qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub.
Ednews APA-ya istinadən xəbər verir ki, dəfn mərasimində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları, dövlət və hökumət, ictimaiyyət nümayəndələri iştirak edib.
Dəfn mərasimi fəxri qarovul və yaylım atəşi ilə müşayiət edilib. Sonda şəhidin atasına Azərbaycan bayrağı təqdim edilib.
***
Qanunsuz erməni silahlı birləşmələri tərəfindən törədilən təxribat-diversiya/terror aktı nəticəsində həlak olan polis serjantı ilə vida mərasimi keçirilir
Ednews xəbər verir ki, sentyabrın 20-də qanunsuz erməni silahlı birləşmələri tərəfindən törədilən təxribat-diversiya/terror aktı nəticəsində həlak olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis serjantı Əsgərov Ələsgər Zakir oğlu ilə vida mərasimi keçirilir.
Vida mərasimində dövlət və hökumət nümayəndələri, ailə üzvləri və yaxınları iştirak edirlər.