Bakının Əbdülvahab Salamzadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Ednews-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
“Bu səbəbdən də Ziya Bünyadov prospekti istiqamətində sıxlıq yaranıb. Yol polisi əməkdaşları hadisə yerinə cəlb olunublar. Sıxlığın aradan qaldırılması məqsədilə işlər aparılır”, - məlumatda qeyd edilib.