Türkiyəli jurnalistlər Hərbi Qənimətlər Parkını ziyarət ediblər.
Ednews report.az-a istinadən xəbər verir ki, Türkiyənin müxtəlif media orqanlarından olan 100 nəfərdən ibarət heyət Qənimətlər Parkında Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbədən sonra paytaxta gətirilərək nümayiş etdirilən hərbi silah-sursat və ağır texnikalarla tanış olublar.
Jurnalistlərə Azərbaycanın Vətən müharibəsində qələbəyə gedən yolundan, həmçinin hərbçilərimizin şücaətindən bəhs edilib.