Türkiyənin “Haber Global” telekanalı Bakıdakı Qənimətlər Parkından reportaj yayımlayıb.
Ednews xatırladır ki, Qarabağ müharibəsində qələbə nəticəsində ələ keçirilən qənimətlər Azərbaycanın paytaxtında sərgilənir. Onların arasında Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən I Qarabağ müharibəsi zamanı məhv edilmiş düşmənin 442 saylı tankı da var ki, sonradan ermənilər onu Şuşa şəhərinin girişində öz işğallarının “rəmzi” kimi quraşdırıblar.
Sözügedən süjeti təqdim edirik: