Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı və onu müşayət edən heyətlə görüş keçirərək su qıtlığına qarşı mübarizə yollarını müzakirə edib.
Agentliyə Ednews-a bildirilib ki, görüşdə sudan səmərəli istifadə istiqamətində maarifləndirmə, iki ölkə arasında effektiv təcrübə mübadiləsi və s. məsələlər də müzakirə olunub.
Gələcəkdə bu istiqamətdə ikitərəfli əlaqələrin genişləndirilməsinə dair qarşılıqlı razılaşma əldə edilib.