“Azad olunmuş ərazilərimizin bərpası çox unikal bir keysdir”.
Ednews xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov Bakıda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.
Aydın Kərimov deyib ki, azad olunan şəhərləri yenidən və dayanaqlı bərpası üçün bır sıra vacib nüanslar olub:
"Çünki biz, eyni zamanda, mədəni irsimizi də qorumalıyıq. Bu çox mürəkkəb bir işdir. Məsələn, Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olaraq çox ehtiyatlı planlaşdırma tələb edir".