Şuşada ilk yaşayış kompleksinin tikintisi ilin sonuna kimi yekunlaşacaq.
Ednews xəbər verir ki, bunu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Bakıda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunda bildirib.
Aydın Kərimov bildirib ki, sözügedən yaşayış kompleksinə 400 ailə köçürüləcək.