"Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədovun böyük qardaşı Vəli Əhmədov vəfat edib.
Ednews xəbər verir ki, bu barədə “İqtisadiyyat.az”a mərhumun yaxınları məlumat verib.
Qeyd edilib ki, V.Əhmədov 83 yaşında ürək çatışmazlığından dünyasını dəyişib.
Xatırladaq ki, Tağı Əhmədovun digər qardaşı Beytulla Əhmədov da 2012-ci ildə dünyasını dəyişib.