Nərimanov rayon Məhkəməsi ötən gün həbs edilən "Qazaxlı Alik"in oğlu Fuad Muradov haqqında həbs qərarı elan edib.
Ednews xəbər verir ki, bu barədə qərar Nərimanov rayon Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə keçirilən iclasında ona 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, F.Muradov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilir.
Onun barəsində Cinayət Məcəlləsinin 182-ci maddəsi (Hədə-qorxu ilə tələb etmə) ittiham irəli sürülüb.