“15 ildir ki, biz Ermənistana güzəştə getməyi, Qarabağ ətrafındakı 5 rayonu qaytarmağı, 2 rayonu saxlamağı təklif etmişik, lakin onlar buna birmənalı olaraq “yox” cavabı verirdilər”.
Ednews xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Valday Forumunda çıxışı zamanı deyib.
Putin qeyd edib ki, müharibəni Ermənistan tərəfi seçib:
“Biz Ermənistana xəbərdarlıq etdik ki, Azərbaycan böyüyür, potensialı inkişaf edir, neft və qaz hasil edən ölkədir. Gəlin potensialları müqayisə edək... Orada artıq 10 milyondan çox insan var, torpaqları qaytarmaq lazımdır deyən onlar müharibəni seçdilər və bildirdilər ki, “biz döyüşəcəyik””, - deyə Rusiya lideri qeyd edib.