Quba-Xaçmaz yolunda avtoqəza baş verib, yaralılar var.
Ednews-un məlumatına görə, hadisə Quba-Xaçmaz avtomobil yolunun Aleksiyevka kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Opel” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində Quba-Xaçmaz yolu bağlanıb, yolda uzun tıxac yaranıb.
İlkin məlumata görə, iki nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.