Bakıda avtomobil elektrik dirəyinə çırpılıb.
Ednews xəbər verir ki, hadisə 8 noyabr prospektində qeydə alınıb.
"VAZ-2107" markalı avtomobil idarəetməni itirərək yoldakı elektrik dirəyinə çırpılıb. Qəza zamanı avtomobilə ziyan dəyib və elektrik dirəyi yerindən çıxaraq aşıb.