Jurnalistlərin razı qaldıqları və qalmadıqları mətbuat katibləri... – SORĞU

Cəmiyyət 14:06 12.10.2023

İctimaiyyət hər bir təşkilatın fəaliyyəti barədə indormasiyanı məhz medianın köməyilə ala bilir. KİV-lər isə daim görülən işlər, həyata keçirilən islahatlar, baş verən yeniliklər barədə məlumat, xəbər axtarışındadır. Bu zaman IV hakimiyyət funksiyasını yerinə yetirən mətbuat əldə edə bildiyi xəbərləri ictimaiyyətin diqqətinə çatdırmaqla vasitəçi rolunu oynayır. Amma xəbər axtarışında olan jurnaistlər bəzən maneələrlə üzləşir, hansısa sədləri keçməli olurlar. Bir sıra hallarda jurnalistlərə problem yaradanlar sırasında dövlət qurumlarının mətbuatla əlaqələndirici şəxləri, mətbuat katibləri və ya əməkdaşları olurlar. 

Hansı orqanların mətbuat katibləri daha operativdir?

Ednews bu mövzuda baş redaktorlar, jurnalistlər arasında sorğu keçirib.

Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə:

"Mətbuat xidmətləri ilə birbaşa mən özüm əlaqə saxlamıram. Amma əməkdaşlarımız gündəmə uyğun olaraq, bütün dövlət qurumlarının nümayəndələri, xüsusilə mətbuat katibləri ilə sıx əməkdaşlqı edirlər. Onların rəyinə əsaslanıb deyə bilərəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, DİN-in, ASAN Xidmətin, Qaşqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, "Azərsu"nun mətbuat katibləri öz vəzifə borclarını məsuliyyətlə yerinə yetirirlər. Təəssüf ki, eyni sözləri Səhiyyə Nazirliyinin, Dövlət Turizm Agentliyinin, AYDA-nın mətbuat katibləri haqda söyləyə bilmərik".

Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu:

Mətbuat xidmətləri mənim əziz həmkarlarım, əksəriyyəti də sevimli dostlarımdır. Mən də 5 il dövlət qurumunun mətbuat katibi olmuşam. Mətbuat katibi qurumun bir başa birinci şəxsinə tabedir, onun funksiyası təmsil etdiyi qurumun təbbi ki, ancaq yaxşı işlərini təqdim və təbliğ etmək, pis işlərini təkzib etmək, yaxud bu tipli informasiyanın düzəlişlərə ehtiyacı olduğunu açıqlamaqdır. Jurnalistikada keyfiyyətli və aşağı keyfiyyətə malik, yaxud keyfiyyətsiz informasiya anlayışı var. Mətbuat katibi mediaya lazım olan və keyfiyyətli informasiyanı əksər hallarda yaya bilməz. Media tənqidə tuş gələn informasiyaya keyfiyyətli deyir. Mətbuat katibi tənqidə məruz qalacaq informasiyanı niyə yaysın axı? Bu mənada mətbuat katiblərindən ummaq doğru deyil. Başqa tərəfdən sorğulara açıq olan mətbuat katibliyi anlayışı da var. Hər hansı qurum barəsində neqativ informasiyaya aydınlıq gətirmək lazım olanda öncə mətbuat katibləri ilə əlaqə saxlayırıq. Əlbəttə ki, onların ilk cavabı ya belə olur: "Araşdırıb cavab verərəm, ya da deyirlər ki, yalan məlumatdır. Belə cavablar medianın xəbər siyasətində kasadlıq yaradır. Bir sozlə, mətbuat katibləri yaxşı, peşəkar,  yüksək mədəniyyətə, sevgiyə sahib həmkarlarımızdır, sadəcə onların funksiyası medianın istəyi ilə tərs mütənasibdir.

İdman teleaparıcısı Ceyhun Rzayev:

“"Zirə" klubunun mətbuat katibi Elmar Abdullazadə və "Sabah" klubunun mətbuat katibi Elnur Həmidovun işlərində çox yaxşıdırlar. Xüsusi narazı olduğum biri isə yoxdu”.

Medianews.az saytının baş redaktoru Xəyalə Rəis:

“Dövlət orqanlarının mətbuat xidmətlərinin yaxşı işləməsi  bizim işimizi bir qədər asanlaşdırır. Onları xidmətlərinin fəaliyyətində operativlik olarsa,  təbii ki, dövlət qurumlarının fəaliyyəti ilə yanaşı, həm də bizim işimiz daha rahat olar. Təəssüf ki, dövlət qurumlarımızın mətbuat xidmətlərinin hamısı media ilə eyni səviyyədə çalışmır. 

Səhiyyə nazirliyinə müxtəlif problemlərlə bağlı müraciət etsəm də heç zaman tam bir cavab almamışam. Ya  natamam cavab almışam, ya da məsələni boyunlarından ataraq TƏBİB- ə yönəldiblər. 
TƏBİB-in məsul olduğu işlərlə bağlı isə istər gecə istər gündüz əvvəl  Zamirə Ədilova, daha sonra Hicranə Əlişqızı  yerindəcə  məsələni aydınlaşdıraraq həll edib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin  İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov da operativ işləyən mətbuat xidmətlərindəndir. Bizə müraciət edən vətəndaşların problemlərini anındaca aydınlaşdıraraq yoluna qoyub. 

“ASAN xidmət”-in mətbuat katibi  Elnur Niftəliyev də operativ çalışır və ən əsası mətbuatın ən yaxın dostudur.  Onunla bərabər Turizm Agentliyindən Orxan Bədəlov, Fikrət Təhməzov da operativ şəkildə çalışırlar.  “Azərxalça” ASC-də mətbuat katibi Xatuna Abdullayeva da mətbuatla sıx əlaqədə olan, daim onların suallarını operativ şəkildə cavablandıran mətbuat xidməti rəhbərlərindəndir. 

Özüm Sənətşünas, Teatrşünas olsam da və uzun müddət bu sahədə yazan bir media nümayəndəsi olaraq Mədəniyyət nazirliyi ilə ulduzlarımız barışmır. Onların öz siyahıları var və daim onlarla davamlı əməkdaşlıq edirlər. Bu əvvəlki nazirin dövründə də belə idi, indi də. Nazirlər dəyişir amma daxildə çalışan sturkların iş prisinpində bir dəyişiklik sezilmir”.

"Aran" qəzetinin redaktoru Məhsəti Musa:

"Aran" bölgə mətbuatı olduğu üçün təbii ki, bizə lazım olan məlumatları aidiyyəti təşkilatların özündən rahatlıqla əldə edə bilirik. Bundan əlavə, müəyyən məlumatlar lazım olduqda Daxili İşlər Nazirliyinin Bərdə Regional Qrupu ilə çox rahat şəkildə əlaqə yarada, lazımi informasiyanı ala bilirik. Azərsu ilə bağlı sorğularımıza cavab olaraq ötür-ötürdən başqa heç nə əldə etməmişik.

Qarabağ Regional Təhsil İdarəsindən də heç bir məlumat əldə edə bilmirik.”

Teleqraf.com-un redaktoru Mənsur Rəğbətoğlu: 

“Cəmi bir dəfə dövlət qurumunun mətbuat xidmətinin rəhbərinə zəng etmişəm. Onda da elə kədərli tonda soruşdu ki, nə istəyirsən? Qayıtdım ki, heç nə. Yay günü, bürkü, hərə bir tərəfdə süst düşüb... O da, mən də hiss elədik ki, nə sual, nə də cavab ikimizə maraqlıdır. Sağollaşdıq, bir də danışmadıq”.

Oğuz

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı