Oktyabrın 12-də yerli vaxtla 19:54-də Lənkəran rayonunda maqnitudası ml=3.6, dərinliyi h=12 km zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Seysmoloji Xidmət Mərkəzindən Ednews-a bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun ilkin məlumatına əsasən, zəlzələ 3 bala qədər hiss olunub.