Estoniyalı jurnalist Şuşa Qlobal Media Forumundan yazıb

Cəmiyyət 14:58 13.10.2023

Cari ilin iyul ayında Şuşa Qlobal Media Forumunda Estoniyanı təmsil edən jurnalist Thea Karin Estoniyanın nüfuzlu “Reisimaailm” jurnalında geniş məqaləsi dərc olunub. Müəllif məqalədə Bakının çoxlu parkları, yaşıllıqları, gözəl köhnə şəhəri və Xəzər dənizinə fantastik mənzərəsi olan bənzərsiz bir şəhər olduğunu qeyd edir. Yazır ki, axşamlar şəhər daha da cazibədar görünür. 

Ednews  məqaləni təqdim edir. 

Qarabağda Beynəlxalq Media Forumu 

İyulun 20-24-də Şuşada keçirilən “New Media in the Era of the 4th Industrial Revolution” media forumuna biz əsrarəngiz təbiətli gözəl dağ yolları ilə getdik, hər tərəfdə dağılmış binalar və minalarla bağlı xəbərdarlıq işarələri görürdük. 

İlk olaraq, Füzuli Beynəlxalq Hava Limanına endik. Yaxınlıqda 2020-ci ildə ermənilərə qarşı döyüşlərdə şəhid olan əsgərlərin xatirəsinə abidə ucaldılıb. Bu gün Füzuli xarabalığa çevrilmiş bir ruhlar şəhərini xatırladır – burada yalnız bərpa işləri aparmağa və Bakıdakı kimi parklar salmağa çalışan inşaatçılar gözə dəyir. 

Forumun əsas diqqət çəkən məqamlarından biri Baltikyanı, Ərəbistan, Afrika və Rusiyadan gəlmiş jurnalistlərin suallarını iki saatdan artıq yorulmadan cavablandıran Azərbaycan Prezidenti İlham Əliyevlə görüş idi.
O, ingilis, rus və türk dillərində mükəmməl danışırdı. Prezident bizimlə Qarabağın yaxın gələcəyinin necə olacağı, eyni zamanda, regionda bir milyona yaxın minanın təmizlənməsi ilə bağlı görülən işlər haqqında çoxlu maraqlı məlumatlar paylaşdı. 

Belə görünür ki, torpağı minalardan təmizləmək üçün ən azı on beş-iyirmi il vaxt lazım olacaq. Prezidentlə görüşdən sonra növbəti gün jurnalistlərin gələcəyi üçün vacib olan mövzulara, məsələn, medianın yaxın gələcəyinə və Vaşinqtondan gəlmiş bir panel iştirakçısının “xəbərlərin öldüyünü” söyləməkdə haqlı olub-olmamasına həsr olundu. Jurnalist üçün ən böyük təhlükənin birbaşa münaqişə gedən ərazidə deyil, sülh dövründə ölməsinin olduğunu, süni intellektin və chatGPT-nin ümumilikdə bizim və jurnalistlərin həyatına nələrin gətirdiyini, eləcə də təhlükəsizlik məsələləri haqqında müzakirələr etdik. 

Mədəniyyət paytaxtı Şuşa 

Prezident İlham Əliyev 2021-ci ildə Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib, çünki Şuşadan ölkə mədəniyyəti üçün önəmli olan bir çox şairlər, muğam ifaçıları və yazıçılar çıxıb. 

XVIII əsrdə Qarabağ xanlığının paytaxtı kimi Şuşa Cənubi Qafqazın mədəniyyət mərkəzi kimi tanınırdı. Buraya ölkənin hər yerindən ziyalılar, şairlər, yazıçılar və musiqiçilər axışıb gəlib.

Şuşalı mədəniyyət xadimlərini ümumi şəkildə şuşalılar deyə adlandırırlar. Şuşa, öncə qurucusu Pənahəli xanın adını daşıyıb (əvvəllər Pənahabad (Pənah şəhəri) kimi tanınıb), sonra Şuşa adlandırılıb ki, bu söz də fars dilindəki şişa sözündən götürülərək şüşə kimi tərcümə olunur. Şuşada xalça muzeyi açılıb. Çünki Şuşa vaxtilə Azərbaycan xalçaçılığının mərkəzi olub. 

Buradakı xalçalarda Qarabağın təbiət motivləri əks olunur. Uzun müddət Bakının Böyük Xalça Muzeyində saxlanılan xalçaların bir qismi indi Şuşa Muzeyinə qaytarılıb. 

Qarabağ dağlıq ərazidə yerləşir, ən yüksək zirvəsi 2725 metrdir. Burada bir çox mineral bulaqlar, göllər və çaylar mövcuddur. 

Yalnız dağ yamaclarında öz formasına görə bülbülə bənzəyən və Qarabağın simvoluna çevrilmiş bənövşəyi-çəhrayı Xarıbülbül (Ophrys caucasica) çiçəyi bitir. Burada hər ilin may ayında “Xarıbülbül” festivalı keçirilir. 

Burada məşhur atlar saxlanılır, onların şəkillərinə və heykəllərinə hər yerdə rast gəlmək mümkündür. Onlar həm də Qarabağın simvoludur. Orada yaşayan insanlar üçün atların nə qədər vacib olduğunu mənə yol yoldaşım İan izah etdi. 
İnsanlar yavaş-yavaş bu dağlıq bölgəyə qayıtmağa başlayıb, məktəblər, yaşayış məntəqələri tikilir, məscidlər, kilsələr təmir olunur, tədricən yaşayış üçün əlverişli şərait təmin edilir. 

1697194026_1.jpg

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı