Beynəlxalq Avrasiya Mətbuat Fondunun Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dəstək Agentliyi ilə birlikdə həyata keçirtdiyi Qərbi Azərbaycanlıların Deportasiyasının virtual muzeyinin yaradılması ilə əlaqədar layihəsi davam etməkdədir.
Ednews xəbər verir ki, layihə çərçivəsində ABŞ - ın Nyu York şəhərində fəaliyyət göstərən "Holokost muzeyi"nin qurucularından olan İqor Kotler aktiv iştirak etməkdədir.
İqor Kotlerin canlı bağlantı ilə BAMF - un prezidenti Umud Mirzəyev, media rəhbəri Fuad Abbasov və əməkdaşlarının iştirakı ilə virtual görüş keçirildi.
Virtual muzeyin yaradılması ilə əlaqədar müzakirələr edildi.
Virtual görüşün görüntülərini təqdim edirik:
Əkbər Novruz