Göygöl rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Ednews xəbər verir ki, "Mercedes" markalı mikroavtobusla "VAZ" markalı minik avtomobili toqquşub.
Hadisə yerinə yol polisləri və təcili tibbi yardım briqadası cəlb olunub.
Qəza nəticəsində azı 6 nəfərin xəsarət aldığı bildirilir. Onlar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.