Azərbaycan-Türkiyə hüquqi əlaqələrinin inkişafı müzakirə olunub

Cəmiyyət 21:03 17.10.2023

Oktyabrın 17-də ədliyyə naziri Fikrət Məmmədov Bakıda səfərdə olan Türkiyə Ali Məhkəməsinin sədri Mehmet Akarçanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ədliyyə Nazirliyindən Ednews-a bildirilib ki, dost və qardaş ölkələrimiz arasında münasibətlərin bu il 100 illiyini qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin "bir millət, iki dövlət" prinsipinə uyğun uğurla inkişaf etdiyini bildirən nazir əlaqələrimizin Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən müttəfiqlik səviyyəsinə yüksəldiyini vurğulayıb.

17 Oktyabr - Füzuli Şəhəri Gününə təsadüf edən görüşdə xalqımızın Vətən müharibəsində qazandığı şanlı zəfər günlərini qeyd etdiyi, lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağda suverenliyimizin tam təmin olunduğu bildirilərək bu ərəfədə, dövlət başçısının fəaliyyətinin iyirminci ildönümündə Xankəndi və digər ərazilərimizdə üçrəngli bayrağımızın ucaldıldığı vurğulanıb, Azərbaycanın haqq işində qardaş Türkiyənin qəti siyasi və mənəvi dəstəyi qeyd olunub.

Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən qonaq özünü doğma Vətənindəki kimi hiss etdiyini, səfərin Ulu Öndərin yubiley ilinə və Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü ərəfəsinə təsadüf etdiyini bildirib, xalqlarımızın vahid millət olaraq bir-birini daim dəstəklədiyini qeyd edərək Qarabağ zəfəri və Xankəndidə Azərbaycan Bayrağının ucaldılması ilə bağlı təbrikini ifadə edib, sevincini bölüşüb.

Söhbət zamanı Azərbaycan və Türkiyənin həm ikitərəfli, həm beynəlxalq qurumlar, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində səmərəli əməkdaşlığı, dövlətlərimizin başçılarının səyləri sayəsində Türk dünyasının getdikcə inkişaf etdiyi bildirilib.

F.Məmmədov bu əlaqələrin hüquqi sahəni də əhatə etdiyini, artıq Ədliyyə akademiyalarının türk şəbəkəsinin təsis olunduğunu qeyd edib, cari ayın əvvəlində Ankarada Türk Dünyası Notariuslar Birliyinin yaradılması ilə bağlı tədbirdə iştirakını və həmkarı Y.Tunc ilə məhsuldar görüşünü xatırladıb, Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşada keçiriləcək türk dövlətlərin Ali məhkəmələrinin təsis konfransının əhəmiyyətinə toxunub.

M.Akarça ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən hüquqi sahədə ciddi irəliləyişə nail olunduğunu vurğulayıb, Azərbaycanın Qarabağ Zəfərinin türk dünyasına yeni bir güvən və ortaq əməkdaşlıq imkanı yaratdığını söyləyib, Şuşada keçiriləcək konfransda Türk Dövlətləri Təşkilatı Ali Məhkəmələrinin Birliyinin yaradılmasının qarşılıqlı fəaliyyətə mühüm töhfə verəcəyini söyləyib.

Tədbirdə hər iki ölkənin məhkəmə-hüquq sistemi barədə səmərəli müzakirələr aparılaraq bu sahədə həyata keçirilən islahatlara və tətbiq olunan yeniliklərə qarşılıqlı maraq göstərilib, təcrübə mübadiləsinin hər iki tərəf üçün faydası qeyd olunub.

Qonaqlar nazirlikdə ədliyyə tarixinə, Vətən müharibəsində Böyük Qələbəmizə və azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə həsr olunan Zəfər muzeyləri ilə tanış olublar. Bildirilib ki, xalqımız bu il 18 oktyabr – Müstəqilliyimizin Bərpası Gününü ölkəmizin hər yerində suverenliyini tam bərpa edən müzəffər xalq olaraq yüksək qürur hissi ilə qeyd edir.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı