Xəbər verdiyimiz kimi Oktyabr 21-də Xalqlar Dostluğu Evində “Dostluq”- Udmurtiya Azərbaycan İctimai Mərkəzi regional ictimai təşkilatının üç illik işin yekununa dair hesabat və seçki yığıncağı keçirilir.
Ednews xəbər verir ki, tədbir irəliləyən dəqiqələrində Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev öz təbrik nitqi ilə çıxış edib. O, ilk olaraq BAMF - ın keçdiyi fəaliyyət yolundan söz açıb və onun yaranmasında danışıb:
"1990 - cı illərin əvvəllərində bir neçə dostumla Beynəlxalq Avrasiya Mətbuat Fondunun qurduq. Yolumuz çox məşəqqətli oldu, lakin biz bunu bacardıq. Hamıya da çətinliklərə baxmayaraq qarşılarına qoyduqları məqsədlərə doğru inamla irəliləməyi arzulayıram. Mən qardaşım Zülfüqarı təbrik edir və burada iştirak edən bütün qonaqlara təşəkkür edirəm. Mən düşünürəm ki, dövlət orqanları bələdiyyələrlə əlaqələr qurulmasa QHT fəaliyyətlərində heç bir şey əldə edilə bilməz.
Zalda birinci sırada əyləşən şəxslərin bu işdə əməyi çox böyükdür. Bizim nümayəndəmiz Əli müəllim də bilir ki, mən şahidəm ki, bu "Xalqlar Dostluğu Evi" necə qurulub. Mən dəfələrlər mərhum cənab Volkovla görüşmüşəm. Ondan ekskluziv müsahibə götürmüşəm və bu Bakıda böyük rezonans doğurub. Sizin vaxtınızı çox almaq istəmirəm. İcazənizlə öz ana dilimdə bir neçə söz demək istəyirəm:
"Əziz dostlar ictimai sektor tələb edir ki, sən nəyisə qurban verəsən - vaxtını, sağlamlığını, vəsaitini. Bu işdə bəzən adamlar yorulur. Yorulmaq lazı deyil. Bu işlərin sonunda mütləq təşəkkürü olur. Çünki bu işlər könüllüdür.Könülə bağlı olan məslələr də yuxarıdan idarə olunur. Mən sizləri bağrıma basıram. Bu cür fəaliyyətlərin nəticəsində yaşadığımız qələbələr var. Mənim çoxlu səfərlərim olub. İlk dəfədir ki, mən sizlərin gözlərinə dik baxıram. Şükür bugünümüzə. Məhz bizim qalibiyyətimiz bu cür fəaliyyətlərin nəticəsidir".
Udmurtiya rəhbərliyinə öz təşəkkürlərimi bildirirəm.
Sonda 30 il sülh naminə kitabımı qardaşım Zülfüqara təqdim etmək istəyirəm. Baxmayaraq ki, bizim kəndimiz 30 il işğal altında olub, biz heç bir zaman müharibəyə çağırmamışıq. Biz həmişə sülhə çalışmışıq".