Bakı-Qazax magistralında betonqarışdıran avtomobil yük maşını ilə toqquşub.
Ednews apa.az-a istinadən xəbər verir ki, qəza Goranboy rayonu ərazisində "Azpetrol" yanacaqdoldurma məntəqəsi yaxınlığında baş verib.
Qarşısındakı yük avtomobilinə çırpılan betonqarışdıran avtomobilə ciddi ziyan dəyib. Hazırda magistral yolda qismən sıxlıq müşahidə olunur.