Son vaxtlar Azərbaycanda yol qəza hadisələri artmaqdadır. Ölkədə 2023-cü ilin yanvar-iyun aylarında avtomobil yollarında 780 və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz az yol-nəqliyyat hadisəsi baş verib.
Artan yol-nəqliyyat hadisələrinin səbəbi və həlli yolları nələrdir?
Bu barədə Ednews-a Dövlət Yol Polisinin baş inspektoru Araz Əsgərli bildirdi ki, son 10 ildə Azərbaycanda yol qəzalarının ümumi sayı artmayıb. Əksinə qəzaların fakt olaraq sayı azalıb. Sadəcə olaraq gündəlik mediamız dayanmadan qəza xəbərləri dərc edir.
“Buna görə də qəzlaraın çoxalması ilə bağlı fikir yaranır. Lakin bu belə deyil. Bakı şəhəri üçün deyərdim ki, insanların, avtmobillərin sayı artıb, amma ümumi qəzaların sayı azalıb. Bu günləri qeyd edə alınan qəzaların sayı belə kifayət qədər narahat edici rəqəmlərdir. Amma bu artım tendensiyası deyil.”
Oğuz