Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi “Füzuliyə qayıdış” adlı yeni film təqdim edib.
Ednews xəbər verir ki, filmdə 30 ildən sonra öz doğma torpaqlarına qayıdan insanların sevincləri, həyacanları əks olunub.
Bu gün Füzuli əhalisi erməni işğalı zamanı qovulduqları torpaqlarına böyük qürur hissi ilə qayıdır.
“Mən Füzulidən çıxanda 11 yaşım vardı, bu gün isə oğlum o yaşdadır və biz didərgin düşdüyümüz torpaqlara geri qayldırıq”, - deyə sakinlərdən biri müsahibəsi zamanı bildirib.
Qeyd edək ki, Vətən müharibəsinin 21-ci günü - 2020-ci il oktyabrın 17-si hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Dövlət başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi “Füzuli şəhəri günü” kimi qeyd olunur.
Sözügedən filmi təqdim edirik:
Aynurə İsmayıl