Bakıda Türkiyənin milli bayramı münasibətilə rəsmi qəbul təşkil edilib - YENİLƏNİB - FOTOLAR

Cəmiyyət 21:11 29.10.2023

Bu gün Bakıda Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə Heydər Əliyev Mərkəzində rəsmi qəbul təşkil edilib.

Ednews xəbər verir ki, rəsmi qəbulda Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Milli Məclis sədrinin müavinləri və parlamentin deputatları, dövlət və hökumət nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sükutdan sonra Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəsinin milli bayramı münasibətilə tədbir iştirakçılarına videomüraciəti dinlənilib.

Türkiyə Cümhuriyyətinin 100 ilik yubileyi münasibətilə təbriklərini çatdıran səfir Cahit Bağçı bildirib ki, məzlumların, haqqı tapdalananların yanında olan Türkiyə ötən müddət ərzində daha da güclənərək beynəlxalq aləmdə sabitliyin və təhlükəsizliyin simvoluna çevrilib.

Türkiyənin inkişaf yolundan danışan diplomat ölkəsinin dünyada söz sahibi və ən güclü ordularından birinə malik olduğunu bildirib. O, Türkiyənin bundan sonra daha da güclənəcəyini vurğulayıb.

Türkiyə-Azərbaycan dostluğundan,  qardaşlığından danışan diplomat bir yerdə addımlayan ölkələrimizin qarşıdakı yeni hədəflərə doğru inamla irəlilədiklərini qeyd edib.

Səfir bildirib ki, Türkiyə 44 günlük Vətən müharibəsində olduğu kimi, azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərində, infrastrukturun qurulmasında da qardaş Azərbaycanın yanındadır. O qeyd edib: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, Azərbaycanın gələcəyi gələcəyimiz, sevinci sevincimiz, taleyi taleyimiz, kədəri kədərimizdir”.

Ölkələrimiz arasında ticari dövriyyəsinin 5 milyard dollardan çox olduğunu diqqətə çatdıran Cahit Bağçı əminliklə vurğulayıb ki, Türkiyənin yeni 100 ili sülh, sabitlik, inkişaf, həmrəylik əsri olacaq.

Milli Məclisin sədri Sahibə Qafarova da çıxış edib. O, Türkiyə Respublikasının yaranmasının 100 illiyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin səmimi təbriklərini və ən xoş arzularını çatdırıb.

S.Qafarova, bildirib ki, 100 il əvvəl Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Qurtuluş savaşının qazanılması və Türkiyə Cümhuriyyətinin qurulması XX əsr dünya tarixinin ən önəmli hadisələrindən biri olub.

Siyasətini dünyəvilik, demokratiya və millətçilik kimi təməl prinsiplər əsasında quran Türkiyə son 20 ildə böyük siyasi və dövlət xadimi, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə möhtəşəm uğurlara imza atıb.

Milli Məclisin sədri qeyd edib ki, Türkiyənin beynəlxalq təsisatlarda yaxından iştirakı onu sülh və sabitlik uğrunda çıxış edən qlobal oyunçuya çevirib. Haqq-ədalət və dürüstlük meyarları üzərində qurulan Türkiyə diplomatiyası ixtilafların yoluna qoyulmasında, dialoqun inkişafında və sülh təşəbbüslərinin irəli aparılmasında söz sahibidir.

S.Qafarova “Türkiyə yüz ili” konsepsiyasının yeni əsrdə Türkiyəyə daha böyük nailiyyətlər qazandıracağından əminliyini ifadə edib.

Vurğulanıb ki, bu gün Azərbaycanla Türkiyənin birgə səyləri ilə nəinki Cənubi Qafqazın, həm də daha geniş bir bölgənin geosiyasi mənzərəsini dəyişən layihələr planlı şəkildə və əzmlə həyata keçirilir.

Xalqlarımızın və dövlətlərimizin qardaşlığının və dostluğunun ən böyük sərvətimiz olduğunu vurğulayan S. Qafarova deyib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, “Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır”. Ölkələrimizin fəal iştirakı ilə reallaşdırılan enerji-nəqliyyat layihələri Avrasiya qitəsinin enerji təhlükəsizliyinin qorunmasında, ölkələr arasında iqtisadi əlaqələrin genişlənməsində önəmli rol oynayır. Türkiyə-Azərbaycan birliyi və həmrəyliyi Türk dünyasının daha sıx birləşməsinə kömək göstərir”.

Bildirilib ki, Türkiyə 30 illik işğal dövründə vandalların viran qoyduğu Qarabağda və Şərqi Zəngəzurda hazırda aparılan bərpa-quruculuq işlərində və bütün digər məsələlərdə Azərbaycanın yanındadır. “Əminəm ki, Azərbaycanla Türkiyənin birlik və bərabərliyi qarşıdakı illərdə xalqlarımıza yeni-yeni uğurlar gətirəcək”, - deyə parlamentin sədri vurğulayıb.

Tədbir ziyafət və konsert proqramı ilə davam edib.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı